Premyer Liqamızın bombardiri dopinqdən istifadə edib

  Bölmə: Ölkə futbolu | 1574 | 15:45 15-12-2021
Premyer Liqamızın bombardiri dopinqdən istifadə edib

“Neftçi”nin sabiq oyunçusu Nikolas Kanales futbolçu karyerasında siqaret çəkdiyini və dopinqdən istifadə etdiyini etiraf edib.

Çilidə bir televiziya verilişinin qonağı olan 36 yaşlı keçmiş hücumçu tamaşaçının sualını cavablandırarkən bunu açıqlayıb.

 

O, “Dostum, futbol oynayanda da siqaret çəkirdim və mənə dopinq veriblər” deyə, cavab verib.

Qeyd edək ki, Nikolas Kanales 2012-ci ildə və 2014/2015 mövsümündə “Neftçi”nin formasını geyinib. O, ilk mövsümündə "Neftçi" ilə Azərbaycan çempionu və Premyer Liqanın bombardiri olub.


Digər xəbərlər