Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

  Bölmə: Ölkə futbolu | 2266 | 23:49 16-12-2021
Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. 

C Liqasında yer alan yığmamız Slovakiya, Belarus, Qazaxıstan / Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Millətlər Liqasının təqvimi

1-ci tur: 2 - 4 iyun

2-ci  tur: 5 - 8 iyun

3-cü  tur: 9 - 11 iyun

4-cü  tur: 12 - 14 iyun

5-ci tur: 22 - 24 sentyabr

6-cı tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.


Digər xəbərlər