Atletika üzrə seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

  Bölmə: Olimpiya Növləri | 580 | 11:50 21-12-2021
Atletika üzrə seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

Atletika üzrə seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.

Beynəlxalq Olimpiya Komitəsi və Dünya Atletikasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşəbbüsü ilə 2021-2022-ci illər üzrə məşqçilər üçün təşkil edilən beynəlxalq dərəcəli seminar başa çatıb.

Seminar iştirakçIlarına sertifikatların təqdimetmə mərasimində çıxış edən MOK-un Marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, 17-20 dekabr tarixlərində Beynəlxalq Olimpiya Komitəsi, Dünya Atletika Təşkilatının təsdiq etdiyi beynəlxalq ekspert Oktay Mirzoev (Rusiya Federasiyası) yerli məşqçilər üçün seminar keçirib. MOK-un inzibati binasında baş tutan seminar Azərbaycanda atletika idman növünün inkişaf etdirilməsinə xidmət edir. Dekabrın 26-dək Azərbaycanda səfərdə olacaq Oktay Mirzoev bölgələrə də səfər edəcək, regionlarda atletika idmanının vəziyyəti, inkişaf dinamikası ilə tanış olacaq. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi, Dünya Atletika Təşkilatının təsdiq etdiyi beynəlxalq ekspert Oktay Mirzoev atletika üzrə strateji yol xəritəsi və inkişaf planı hazırlayacaq.


Digər xəbərlər