"Qalatasaray" 7 oyundan sonra qələbə qazandı

  Bölmə: Xarici futbol | 1484 | 00:38 26-12-2021
"Qalatasaray" 7 oyundan sonra qələbə qazandı

"Qalatasaray" Türkiyə Superliqasında 19-cu tur oyununa çıxıb.

İstanbul klubu "Antalyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda ölkə çempionatında 7 matçdan sonra ilk qalibiyyətini əldə edib.

 

"Qalatasaray" - "Antalyaspor" - 2:0
Qollar: 
Fequli, 45+1, Aktürkoğlu, 52

Bu qələbə ilə xalını 27-yə yüksəldən "Cim-Bom" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Siyahıya 45 xalla "Trabzonspor" başçılıq edir.


Digər xəbərlər