AİJA və Beynəlxalq Aykido Akademiyasının Bakı nümayəndəliyi birgə seminar keçirib

  Bölmə: Digər növlər | 2107 | 11:21 26-12-2021
AİJA və Beynəlxalq Aykido Akademiyasının Bakı nümayəndəliyi birgə seminar keçirib

Dekabrın 25-də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının və Beynəlxalq Aykido Akademiyasının Bakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə seminar keçirilib.

OLİMPSPORT xəbər verir ki, seminarda AİJA-nın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev və "Olimpsport.az" saytının baş redaktoru, əməkdar məşqçi Ramin Allahverdiyev qonaq qismində iştirak ediblər.

Seminarda 7 nəfər idmançı müxtəlif dərəcələrə əsasən kəmər imtahanı verib. Tədbirin sonunda Beynəlxalq Aykido Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, ciu-cutsu üzrə 1-ci, aykido üzrə 3-cü dan qara kəmər sahibi Şaiq Tarverdiyev AİJA tərəfindən media ilə əməkdaşlığa görə təşəkkürnamə diplomu ilə mükafatlanıb. Məşqçilərdən isə Məmməd Əlili, Tahir Şahmarzadə və Elman Həsrətov da təşəkkürnamə diplomuna layiq görülüb. Aykido ustaları da qonaqlara öz adlarından təşəkkürnamə diplomu təqdim ediblər.


Digər xəbərlər