Fərid Qayıbov Dünya Etnosport Konfederasiyası(DEK) nümayəndələrini qəbul edib

  Bölmə: Digər növlər | 1551 | 10:22 28-12-2021
Fərid Qayıbov Dünya Etnosport Konfederasiyası(DEK) nümayəndələrini qəbul edib

Dekabrın 27-də gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası (DEK) nümayəndələrini qəbul edib.

Nümayəndə heyəti üzvlərini - təşkilatın baş katibi Halim Aksu, koroprativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir, qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə əsasən, 2022-ci ildə Bakının evsahibliyi edəcəyi 5-ci Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib. Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış Forum gələn il keçiriləcək. Səmimi qəbula görə minnətdarlığını bildirən Halim Aksu Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, Dünya Etnosport Forumunu da yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.


Digər xəbərlər