"Neftçi" Eddi İsrafilovun transferini açıqladı

  Bölmə: Ölkə futbolu | 1530 | 23:10 05-01-2022
"Neftçi" Eddi İsrafilovun transferini açıqladı

Millimizin sabiq üzvü Eddi İsrafilov “Neftçi”yə keçməyə yaxındır.

30 yaşlı yarımmüdafiəçi klubla müqavilə bağlamaq üçün artıq Bakıya gəlib. Onun bugünlərdə "Neftçi" ilə sözləşməyə imza atacağı gözlənilir.

Qeyd edək ki, yığmamızda 12 oyun keçirən Eddi İsrafilov İspaniyada "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar", "Kordoba"da çıxıb. Onun son klubu isə “Albasete” olub. Futbolçu ötən ilin yayından klubsuzdur.

***

"Nefrçi" rəsmi Feysbuk səhifəsi vasitəsilə İsrafilovun transferini açıqlayıb. Onunla 2.5 illik müqavilə imzalanıb. Eddi "Nefçi"də 14 nömrəli formanı geyinəcək.


Digər xəbərlər