Qərib Əliyevin 65 yaşı tamam olur

  Bölmə: Güləş | 1905 | 15:16 22-01-2022
Qərib Əliyevin 65 yaşı tamam olur
Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, əməkdar məşqçi, beynəlxalq dərəcəli güləş hakimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmaqla yanaşı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq görülmüş Qərib Əliyevin 65 yaşı tamam olur.
 
Bu münasibətlə Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri bu gün yubilyarı təbrik edib, ona ən xoş arzularını çatdırıb və xatirə hədiyyəsini təqdim ediblər.
 
AGF kollektivi adından Qərib müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.

Digər xəbərlər