Azərbaycan güləşçisi Rusiyada çempion oldu

  Bölmə: Güləş | 1199 | 19:18 28-01-2022
Azərbaycan güləşçisi Rusiyada çempion oldu
Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinə start verilib. Matc.az xəbər verir ki, yanvarın 27-də qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.
 
Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub - 2:3. Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı isə sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.
 
Kolesnik yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşıb. İlk hissəni rəqib minimal fərqlə öndə başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən təmsilçimiz 5:3 hesablı qələbəylə yarışda çempion olub.

Digər xəbərlər