Rafael Ağayevə yeni vəzifə və rütbə verilib

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.
37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.
Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.
Qurumun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.
Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.
-
Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzub
...
-
Teymur Rəcəbov bu gün ABŞ-ın daha bir şahmatçısı ilə qarşılaşacaq
...
-
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb
...
-
AFFA Obradoviçlə bağlı qərarı açıqladı
…
-
Teymur Rəcəbovdan növbəti heç-heçə
…
-
İdmançımız 23 il sonra Avropa çempionatında qızıl medal qazandı
…
-
Azərbaycan cüdoçusu nüfuzlu beynəlxalq mükafata layiq görülüb
...
-
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq
...
-
"Sabah"ın daha bir komandası çempion oldu
...
-
Azərbaycan döyüşçüləri dünya çempionatından 5 medal qazanıblar
...