"Qarabağ"ın müdafiəçisi "Marsel"ə qarşı oynamayacaq

  Bölmə: Digər növlər | 1238 | 22:24 11-02-2022
"Qarabağ"ın müdafiəçisi "Marsel"ə qarşı oynamayacaq

"Qarabağ"ın futbolçusu Abbas Hüseynov Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda iştirak edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə"yə 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra açıqlama verib.

50 yaşlı mütəxəssis 27 yaşlı müdafiəçinin məşqdə zədələndiyini bildirib: "Bir həftə, bəlkə də 4-5 gün məşq edə bilməyəcək. Qış hazırlığında da komandaya gec qoşuldu, xəstələnmişdi. Əsas oyunçularımızdandır. Bu gün zədəyə görə oynamadı".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


Digər xəbərlər