Azərbaycan Kuboku: "Neftçi" "Sabah"ı məğlub edərək yarımfinala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.
"Neftçi" "Sabah"ın qonağı olub.
Masazırdakı "Bank Respublika Arena"da oynanılan qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 41-ci dəqiqədə Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla bitib. İkinci yarıda "Neftçi" rəqibin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. 61-ci dəqiqədə kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado "Sabah"ı mərkəzə dəvət edib. 31 yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk matç 1:1 hesabı ilə bitdiyi üçün "Neftçi" yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" "Zirə"ni qəbul edəcək. "Neftçi" yarımfinalda "Səbail" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın edən "Qarabağ" olub. Ağdam komandası növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün ən yaxşısı ilə qarşılaşacaq.
-
“Sabah” hazırlıq üçün bu ölkəni seçdi
…
-
UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb
…
-
"Qarabağ" Rumıniya klubunu darmadağın edib
…
-
"Neftçi" növbəti transferini açıqlayıb
...
-
"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır
...
-
"Kəpəz"də daha dörd müqavilə
…
-
"Qəbələ" - "Fehervar" oyununun saatı müəyyənləşib
…
-
Konfrans Liqası: "Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb
...
-
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
...
-
"Neftçi" israilli futbolçu ilə müqavilə bağlayıb
...