"Liverpul" "İnter"i uddu, "Bavariya" sonda məğlubiyyətdən qurtuldu

  Bölmə: Xarici futbol | 1744 | 10:43 17-02-2022
"Liverpul" "İnter"i uddu, "Bavariya" sonda məğlubiyyətdən qurtuldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi davam edir. 

2-ci oyun günündə daha iki matç keçirilib. Gecənin ən maraqlı görüşü İtaliyada olub. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. 

 

Digər görüşdə Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, Münhen klubu 90-cı dəqiqədə Kinqsli Komanın qolu ilə məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşündə PSJ "Real"a qalib gəlib - 1:0. Mərhələnin digər oyunları fevralın 22-si və 23-də keçiriləvək.

 

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

16 fevral

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Firmino, 75, Salah, 83

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1

Qollar: Adamu, 21 (1:0), Koman, 90 (1:1)

Baş hakim: Maykl Oliver (İngiltərə)

 

22 fevral 

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

23 fevral

00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

15 fevral

00.00. PSJ (Fransa) - "Real" (İspaniya) - 1:0


Digər xəbərlər