Qara Qarayev "İdman ustası" kimi təltif olunub

“Qarabağ” klubunun və Azərbaycan millisinin futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.
29 yaşlı yarımmüdafiəçiyə müvafiq vəsiqəni gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qarayev nazir müavininə öz adı yazılmış formanı hədiyyə edib.
Vasileva təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşərək, Fransanın “Marsel” komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a uğurlar arzulayıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
-
“Sabah” hazırlıq üçün bu ölkəni seçdi
…
-
UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb
…
-
"Qarabağ" Rumıniya klubunu darmadağın edib
…
-
"Neftçi" növbəti transferini açıqlayıb
...
-
"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır
...
-
"Kəpəz"də daha dörd müqavilə
…
-
"Qəbələ" - "Fehervar" oyununun saatı müəyyənləşib
…
-
Konfrans Liqası: "Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb
...
-
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
...
-
"Neftçi" israilli futbolçu ilə müqavilə bağlayıb
...