Mahirin komandası Avroliqa ilə vidalaşdı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasının pley-off mərhələsində "Sevilya" (İspaniya) ilə cavab oyununa çıxıb.
Zaqreb təmsilçisi La Liqa klubu ilə bu dəfə Xorvatiyada üz-üzə gəlib. Görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Xorvatiya klubu ilk matçda səfərdə 1:3 hesabı ilə uduzduğu üçün ümumilikdə 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.
Mahir isə bu qarşılaşmada meydana 62-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə daxil olub.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
24 fevral
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Sevilya" (İspaniya) - 1:0
Qol: Orşiç, 65
Qırmızı vərəqə: Tomas Deleney, 90+1 ("Sevilya")
İlk oyun - 1:3.
-
Millimiz Türkiyə ilə heç-heçə etdi
...
-
"Neftçi"də rumıniyalı məşqçi
...
-
"Turan Tovuz" millinin sabiq üzvünü transfer edib
...
-
Aleksey Baqanın köməkçisi təyin olunub
...
-
"Neftçi" braziliyalı hücumçu ilə yollarını ayırıb
...
-
"Qarabağ" - "Lex": Cavab matçının hakimləri açıqlanıb
...
-
“Sabah” hazırlıq üçün bu ölkəni seçdi
…
-
UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb
…
-
"Qarabağ" Rumıniya klubunu darmadağın edib
…
-
"Neftçi" növbəti transferini açıqlayıb
...