Trek üzrə mövsümün açılış yarışı keçirilib

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, Respublika Velotrekində trek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib.
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yarışda 50-yə yaxın idmançı iştirak edib.
Reqlamentə əsasən velosipedçilər əvvəlcə 2 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Qrup ötüşməsində isə qızlar 10, oğlanlar 20 km məsafə qət ediblər.
2 növün cəminə əsasən, qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə 2-ci, Məryəm Əfqanzadə 3-cü olub.
Oğlanlar arasında Əmral Abduləzizli ən yaxşı göstərici ilə 1-ci yeri tutub. Şahin Eyvazov və Aqşin Bağırlı isə müvafiq olaraq 2-3-cü nəticə göstəriblər. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.
-
Azərbaycan döyüşçüləri dünya çempionatından 5 medal qazanıblar
...
-
Oleq Krapivinə dəstək
...
-
Fərid Qayıbov: "Yerli idman növlərini inkişaf etdirmək istəyirik"
...
-
Azərbaycan taekvondoçuları İrandakı beynəlxalq turnirdə iştirak edəcək
...
-
Azərbaycan Cüdo Federasiyası Kindzerskaya köməyini təklif edib
...
-
Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
...
-
Ukraynalı futbolçu Rusiyanın bombardmanı nəticəsində ölüb
...
-
Şəhriyar Məmmədyarov FIDE reytinqində irəliləyib
...
-
Azərbaycanda üç idman federasiyası ləğv olundu
...
-
"Qalatasaray" "Barselona"ya rəqib oldu
…