Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

  Bölmə: Güləş | 1233 | 22:14 09-03-2022
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub.

Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.


Digər xəbərlər