Azərbaycan para-üzgüçüsü növbəti medalını qazandı

  Bölmə: Olimpiya Növləri | 753 | 00:42 14-06-2022
Azərbaycan para-üzgüçüsü növbəti medalını qazandı

Azərbaycan para-üzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatında növbəti medalını qazanıb.

Milli Paralimpiya Komitəsindən olimpsport.az-a verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibi 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə 58,41 saniyəlik nəticə göstərib. İdmançı bu göstərici ilə ikinci yeri tutub.

Qeyd edək ki, Raman Saley ötən gün arxasıüstə üzmə növündə də gümüş medal qazanıb.


Digər xəbərlər