İdmançımız 23 il sonra Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan təmsilçisi Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qızıl medal qazanıb.
25 yaşlı idmançımız 1/16 finalda Sabina Martisə (Polşa) 15:8, 1/8 finalda Poluina Kasperoviçə (Polşa) 15:14, 1/4 finalda olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu Olqa Xarlana (Ukrayna) 15:14, yarımfinalda Sussana Sislara 15:6 hesabı ilə (Polşa) qalib gəlib. A.Başta finalda isə Rossella Qriqorionu (İtaliya) 15:9 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Beləliklə, ölkəmiz 1999-cu ildən sonra ilk dəfə böyüklər arasında qılıncoynatma üzrə qitə birinciliyində qızıl medal qazanıb. 23 il əvvəl Elena Jemaeva Avropa çempionu olmuşdu.
-
Ramil Əliyev GEM Komissiyasına xüsusi dəvətlə üzv seçilib
...
-
Taekvondoçularımızdan dünya birinciliyində 4 medal və 2 rekord
…
-
Komandamız EYOF 2022-də qızıl medal qazandı
...
-
Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb
...
-
Azərbaycanlı taekvondoçu dünya çempionu olub
...
-
Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatının yarımfinalında!
...
-
Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatında Ermənistan üzərində tarixi qələbə qazandı
...
-
Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatında qrupda ikinci qələbəsini qazandı.
...
-
AGİN-in yaranmasının ildönümü münasibətilə Heydər Əliyevin məzarı ziyarət olunub
...
-
Şahmat turnirində qalib gələn jurnalistlər mükafatlandırılıb
...