Güləş dünyasına ağır itki üz verib

  Bölmə: Maqazin | 1477 | 22:54 23-06-2022
Güləş dünyasına ağır itki üz verib

Sərbəst güləş üzrə Respublikanın əməkdar məşqçisi Yusif Yusifov ağır xəstəlikdən sonra 72 yaşında bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, Yusif müəllim ömrünün çox hissəsini Ağstafa güləş məktəbinin və eyni zamanda Azərbaycan güləşinin inkişafına həsr edib. O, bir çox dünya səviyyəli idmançılar yetişdirib. 

Xatırladaq ki, mərhum sabah doğma Ağstafa rayonunda dəfn olunacaq.

"Olimpsport.az" saytının baş redaktoru Ramin Allahverdiyev şəxsən öz adından mərhumun övladı Elşad Yusifov başda olmaqla bütün ailə üzvlərinə baş sağlığı verir.

Allah rəhmət eləsin!


Digər xəbərlər