Azərbaycan cüdoçuları Avropa çempionatında bir günə 4 medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 628 | 23:35 23-06-2022
Azərbaycan cüdoçuları Avropa çempionatında bir günə 4 medal qazanıb

Azərbaycan cüdoçusu Nizami İmranov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Oğlanlar arasında 60 kq çəki dərəcəsində rəqib macarıstanlı Adam Mayor olub.

Görüş İmranovun vaxtından əvvəl ipponla qələbəsi ilə yekunlaşıb. O, milli komandaya ikinci qızıl medalı qazandırıb. Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub. 

Daha əvvəl Şahin Orucov (55 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medala yiyələnib.  


Digər xəbərlər