Rafael Ağayevdən 3-cü qələbə

  Bölmə: Olimpiya Növləri | 594 | 23:42 26-06-2022
Rafael Ağayevdən 3-cü qələbə

Azərbaycanlı karateçi Rafael Ağayev peşəkarlar arasında "Karate Combat"da növbəti döyüşünü keçirib. 

75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində keçirilib. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə qarşılaşıb. R.Ağayev hakimlərin qərarı ilə qalib gəlib.

Xatırladaq ki, R.Ağayev "Karate Combat"da bundan əvvəlki döyüşlərində Dionisio Qustavo (Dominikan) və  Jolt Habdaya (Macarıstan) qalib gəlib. 


Digər xəbərlər