""Qəbələ" hələ naməlumdur"-"Maynts"ının prezidenti

  Bölmə: Ölkə futbolu | 2017 | 23:19 26-08-2016
""Qəbələ" hələ naməlumdur"-"Maynts"ının prezidenti
"Təbii ki, hər kəs "Mançester Yunyated"lə eyni qrupa düşməyi arzulayır. Amma "Anderlext" və "Sent-Etyen" də bizə uyğun tanınmış rəqiblərdir. Fantastik azarkeş dəstəyi olacağını düşünürəm". Olimpsport.az-ın məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniya "Maynts"ının prezidenti Harald Strutz deyib.
 
C qrupundakı rəqibləri dəyərləndirən klub prezidenti "Qəbələ" haqda da fikir bildirib: "Düşünürəm ki, idman baxımından "Qəbələ" ilə oyuna maraqlı səyahət olacaq. Qrupdan çıxmaq üçün yaxşı imkanımız var".
 
Klubun idman direktoru Rouven Şredera qrupdakı rəqiblərdən razılığını ifadə edib: "Bu balanslaşdırılmış qrupdur. "Anderlext" və "Sent-Etyen" bir az üstünlüyə sahibdir. Ancaq "Qəbələ" hələ naməlumdur".
 
Qeyd edək ki, Avropa Liqasının C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynts" (Almaniya) və "Qəbələ" klubları yer alıb.
 

 


Digər xəbərlər