Nicat Həsənov çempion kəmərini qazandı

  Bölmə: Güləş | 665 | 12:07 28-06-2022
Nicat Həsənov çempion kəmərini qazandı

İyun ayının 26-da sərbəst güləş üzrə U-15 yaşlı idmançılar arasında Şuşa-270 ilinə həsr olunmuş çempion kəməri uğrunda açıq birincilik keçirilib.

Birincilikdə ölkəmizlə yanaşı Qazaxıstan, Ukrayna və İran İslam Respublikasının güləşçiləri də yarışıblar. Yarışda 57 kq çəki dərəcəsində çempion kəmərini qazanan pəhləvanlardan biri də 1-saylı "Təhsil" İdman Mərkəzinin təmsilçisi Həsənov Nicat Elçin oğludur.

Qeyd edək ki, 5 görüşdən ikisini iranlı rəqibləri üzərində qələbə qazanan Nicat Həsənov yarışda öz çəkisindən bir çəki yuxarı dərəcədə iştirak etmişdir. Bu qərar onun gələcək potensialını və perspektivini qoruyub saxlamaq məqsədilə müəllimləri Ramin və Zamin Allahverdiyevlər tərəfindən verilmişdir.

Xatırladaq ki, Nicat Həsənov bu ayın 7-də keçirilən U-15 Azərbaycan birinciliyində 52 kq çəki dərəcəsində 3-cü yeri tutmuşdur. Sevindirici haldır ki, gələcəyə böyük ümidlər bəsləyən Nicat Həsənov bu ilin sentyabr ayında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yığma komandasının tərkibində İspaniyada keçiriləcək beynəlxalq təlim-məşq toplanışına yollanacaq heyətdə də yer alıb.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Güləş Komissiyasının sədri, əməkdar məşqçi Ramin Allahverdiyev


Digər xəbərlər