Müşahidə Şurasının iclası keçiriləcək

  Bölmə: Ölkə futbolu | 1888 | 23:21 26-08-2016
Müşahidə Şurasının iclası keçiriləcək

"Neftçi” klubu Müşahidə Şurası ilə bağlı rəsmi məlumat yayıb. Olimpsport.az-ın məlumatına görə, qurumun növbəti iclasının sabah keçiriləcəyi açıqlanıb. Ancaq klubun inzibati binasında keçiriləcək toplantının saat neçədə başlayacağı haqda məlumat veirlməyib.   Gündəlik də açıqlanmasa da, baş məşqçi məsələsinin müzakirə olunacağı gözlənilir. "Neftçi"nin Müşahidə Şurasının bu postda yer alan Vəli Qasımovun işinə qiymət verərək onun istefaya göndərilməsi, yeni baş məşqçinin dəvət ounması haqda qərar çıxaracağı istisna olunmur.   Xatırladaq ki, Avropa Liqasında mübarizəni II təsnifat mərhələsində dayandıran "Neftçi" çempionata qələbə ilə başlasa da, son 2 turda ardıcıl məğlubiyyətlər alıb. 


Digər xəbərlər