Azərbaycan millisi İslam Həmrəyliyi İdman Federasiyasının beynəlxalq yarışında

  Bölmə: Digər növlər | 2581 | 23:33 29-08-2016
Azərbaycan millisi İslam Həmrəyliyi İdman Federasiyasının beynəlxalq yarışında

2-8 sentyabrda İordaniyanın paytaxtı Əmmanda İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağırlıqqaldırma yarışı keçiriləcək. Olimpsport.az saytı xəbər verir ki, çempionatda Azərbaycan komandası da iştirak edəcək. Təlim məşq toplanışında olan idmançılarımız səfər hazırlıqlarını davam etdirilər. Millimizin məşqçisi Məmməd Məmmədov çalışmaların yüksək səviyyədə getdiyini və idmançılardan yüksək nəticələr gözlədiyini bildirib.

Kişilərdən ibarət komandamızda Elmar Əliyev (56 kq), Məhəmməd Məmmədli  (62 kq), Allahyar Abışov (65 kq), Paşa İbrahimli (69 kq), Kənan Əliqulliyev (77 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə (85 kq), Nailxan Nəbiyev (94 kq), Rövşən Fətullayev (94 kq) və Azər Məmmədli (105 kq) çıxış edəcəklər.

Qadınların heyətində Mərziyyə Məhhərəmova,  Firuzə İbrahimova, Elnurə Abbasova və Anastassiya İbrahimli yer alıblar.

 

Digər xəbərlər