"Azərbaycanla matç çox vacibdi" - Li Hodson

  Bölmə: Ölkə futbolu | 7823 | 21:32 10-11-2016
"Azərbaycanla matç çox vacibdi" - Li Hodson

“Noyabrda iki oyunumuz olacaq. Azərbaycanla matç seçmə mərhələ görüşüdü. Bundan sonra isə Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcəyik. Hər iki qarşılaşma bizim üçün çox vacibdi”. Olimpsport.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Li Hodson deyib.

 

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək.

 

Bu oyunla bağlı ölkəsinin mətbuatına açıqlama verən Hodson qrupda ikinci yerə yüksəlmək istədiklərini bildirib: “Azərbaycana qalib gəlsək, qrupda ikinci yerə yüksələcəyik və marta qədər bu pillədə qalacağıq. Baş məşqçimiz Maykl Onil böyük iş görüb. Futbolçular hazırda yaxşı formadadılar. Bir sözlə, mükəmməl komandamız var. Bütün futbolçularda özünəinam hissi yüksəkdi. Nəyi bacardığımızı bilirik”.

 

Şotlandiyanın “Reyncers” klubunun müdafiəçisi AÇ-2016-nın final mərhələsindəki iştiraklarını da yada salıb: “Avropa çempionatına qatılmaq bizə böyük təcrübə qazandırdı. Həmin turnirdən xoş təəssüratlarımız qalıb. Ümid edirəm ki, yığmamızın dünya çempionatına çıxmaq arzusu da həyata keçəcək”.(Apasport)


Digər xəbərlər