"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub

  Bölmə: Ölkə futbolu | 6822 | 21:29 16-11-2016
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.
Olimpsport.az klubun rəsmi "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi mərkəzin üzvləri tərəfindən böyük maraqla qarşılanıb. 44 yaşlı mütəxəssis  onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.
Daha sonra fiziki məhdudiyətli şəxslərin məşğul olduğu boççia idman növü haqqında maraqlanıb. Boççianın qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növü olması, sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyəti olması haqqında məlumat verilib.
Qurban Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçılarıyla tanış olub, Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub.
Oyundan sonra isə klub üzvləri ilə təəssüratlarını bölüşən baş məşqçi onlara uğurlar arzulayıb. Görüşün sonunda isə xatirə şəkili çəkilib.


Digər xəbərlər