Budaq "Sportinq"in heyətində 10-cu oyununu keçirib

Ötən gün Portuqaliya Sequndasında XVIII turun oyunları keçirilib.
Olimpsport.az xəbər verir ki, millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası doğma azarkeşləri önündə "Portu"nun B komandası ilə qarşılaşıb.
"Portu" Lissabon təmsilçisini 2:1 hesabı ilə məğlub edib.
Budaq Nəsirov bu matça start "11-lik"də başlayıb və sona qədər mübarizə aparıb. Gənc yarımmüdafiəçi 82-ci dəqiqədə rəqib futbolçu ilə mübarizədə qaydanı pozduğu üçün sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, bu, Budaqın "Sportinq"in heyətində keçirdiyi 10-cu oyun olub. Nəsirov geridə qalan 10 oyunda 1 qol vurub, 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, "Sportinq" B 24 xalla 9-cu, "Portu" B isə 24 xalla 8-cidir.
-
Salahla Mane 50 illik rekordu qırdı
…
-
Messi koronavirusa yoluxdu
…
-
"Qalatasaray" 7 oyundan sonra qələbə qazandı
...
-
"Fənərbaxça" 9 nəfərlə bacarmadı
…
-
Lionel Messi Cənubi Amerikada ilin futbolçusu sayılıb
...
-
"Qalatasaray" 1/8 finalda - Avroliqada nəticələr
...
-
"Barselona" Avropa Liqasında, daha 3 komanda 1/8 finalda
...
-
"Atletiko" 1/8 finalda, "Milan" mübarizəni dayandırdı
...
-
İbrahimoviç Messini seçdi
...
-
"Barselona" doğma meydanda uduzdu
...