İAM 2016-cı ilin ən yaxşılarını mükafatlandırdı - FOTOLAR

  Bölmə: Digər növlər | 8950 | 17:58 20-12-2016
İAM 2016-cı ilin ən yaxşılarını mükafatlandırdı - FOTOLAR
Bu gün İdman Araşdırmaları Mərkəzinin (İAM) "İlin qalibləri-2016" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.
 
1. İlin idman xadimi - Kəmaləddin Heydərov (Azərbaycan Taekvondo və Boks Federasiyasının prezidenti) - Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev mükafatı federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevə təqdim edib.
 
2. İlin yerli idmançısı - Radik İsayev (Taekvondo üzrə milli komandanın üzvü) - Mükafatı Fərid Mansurov təqdim edib.
 
3. İlin əcnəbi idmançısı - Ansi Aqolli ("Qarabağ" klubunun müdafiəçisi) - Mükafatı millinin məşqçisi Mahmud Qurbanov klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova təqdim edib.
 
4. İlin futbolçusu - Rəşad Sadıqov ("Qarabağ" klubunun və millinin kapitanı) - Mükafatı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib.
 
5. İlin komandası
- Futbol - Azərbaycan milli komandası - Mükafatı yığmanın üzvü Rahid Əmirquliyevə AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov təqdim edib
- Digər növlər üzrə - Kişi taekvondoçulardan ibarət yığma komanda - Mükafatı Elnur Amanova Elxan Məmmədov təqdim edib.
 
6. İlin baş məşqçisi
- Futbol - Qurban Qurbanov ("Qarabağ" klubunun baş məşqçisi) - Mükafatı güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov təqdim edib
- Digər növlər üzrə - Reza Mehmandust (Taekvondo üzrə yığma komandanın baş məşqçisi) - Mükafatı güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov təqdim edib.
 
7. İlin mətbuat katibi - Futbol - Aslan Şahgəldiyev (Peşəkar Futbol Liqasının mətbuat katibi) - Mükafatı AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təqdim edib - Digər növlər üzrə - Pərviz Musayev (Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi) - Mükafatı AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təqdim edib.
 
8. İlin idman jurnalisti - Sərxan Musalı ("Futbol+" qəzeti) - Mükafatı əməkdar jurnalist Qabil Mehdiyev təqdim edib.
 
Qaliblər mükafat aldıqdan sonra çıxış edərək səsvermədə iştirak edən jurnalistlərə, qonaqlara minnətdarlığını bildirib. Olimpiya çempionu Radik İsayev idmançılara göstərilən diqqətdən dolayı təşəkkür edib.
 
Sonda İAM sədri E.Məmmədov mərasimə gələn qonaqlara öz minnətdarlığını dilə gətirib və bu cür tədbirlərin davam edəcəyini söyləyib.
 
Qeyd edək ki, sorğu Azərbaycanın müxtəlif KİV-lərində çalışan idman jurnalistləri arasında, hər bir KİV-dən bir jurnalist olmaqla, keçirilib. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən savayı şəxs və ya komandanı qalib kimi göstərə biliblər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunub. Yalnız "İlin idman jurnalisti" nominasiyasında namizədlər göstərilməyib.
 
Digər xəbərlər