AVRO-2016: Şimali İrlandiya millisində ciddi itki

  Bölmə: Digər növlər | 1578 | 16:17 08-06-2016
AVRO-2016: Şimali İrlandiya millisində ciddi itki

Avropa çempionatının hazırlığını davam etdirən Şimali İrlandiya millisi ciddi itki ilə üzləşib.

Olimpsport.az saytının məlumatına görə, komandanın bombardiri Kayl Lafferti məşq zamanı xəsarət alıb. Aparıcı hücumçu meydanı həkimlərin köməyi ilə tərk edib. Hələlik onun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil. İlkin ehtimallara görə, Lafferti komandasının Avropa çempionatında iyunun 12-də Polşaya qarşı keçirəcəyi ilk oyunu kənardan izləyəcək.

Qeyd edək ki, seçmə mərhələdə Lafferi 9 oyunda 7 qol vurub. 


Digər xəbərlər