Avstriyalı nazir "Qarabağ Vyana" klubunu qəbul edib

  Bölmə: Xarici futbol | 871 | 20:18 12-01-2017
Avstriyalı nazir "Qarabağ Vyana" klubunu qəbul edib

Vyana Futbol Federasiyasının (WFV) təşkilatçılığı ilə Vyana Şəhər Hökümət evində 2015/2016-cı il WFV liqalarında çempionluq titulu qazanmış futbol klublarının mükafatlandırma mərasimi keçirilib.

Olimpsport.az Qol.az-a istinadən xəbər verir ki, mötəbər tədbirin açılışında iştirak edən Vyana şəhər idman naziri çempion olmuş klubları qələbə münasibəti ilə təbrik edib. Sonra müxtəlif liqalarda qalib gələn klublar Vyana meriyanın nümayəndələri, Vyana şəhər idman naziri və Vyana Futbol Federasiyasının prezidenti tərəfindən diplom və medallarla təltif olunub.

Tədbirdə Vyananın "Karabakh Vyana" ("Qarabağ Vyana") klubunun göstərdiyi oyun xüsusi vurğulanıb və komandanın daha böyük uğurlara nail olacağına ümid bəsləndiyi qeyd olunub.

Məlumat üçün bildirək ki, "Karabakh Vyana" futbol klubu uğurlarını sadəcə əsas komanda ilə deyil, aşağı yaş qrupların təmsil olunduğu C liqasında davam etdirir.

C liqasında qış fasiləsindən öncə keçirilən sonuncu 10-cu turda da qələbə qazanan "Karabakh Vyana"nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək - B liqasına vəsiqə qazanmaqdır.

Xatırladaq ki, reqlamentə əsasən C Liqasında xallar U-14,U-16 və U-18 komandalarının bir turda qazandığı nəticələrin cəminə əsasən hesablanır.









Digər xəbərlər