4-cü İslam Həmrəyliyi Oyunlarına geriyə sayım başladı

  Bölmə: Olimpiya Növləri | 2933 | 14:58 02-02-2017
4-cü İslam Həmrəyliyi Oyunlarına geriyə sayım başladı

12-22 May 2017-ci il tarixlərdə Bakıda keçiriləcək və 300-dən artıq oyun təşkilatçısını bir araya

gətirəcək IV İslam Həmrəyliyi Oyunlarına bu gündən etibarən 100 gün vaxt qaldı.

Olimpsport.az xəbər verir ki, oyunların açılış mərasiminə qədər qalan bu əlamətdar günü qeyd etmək məqsədi ilə Bakı Kristal

zalında 300 könüllü bir araya gəlir.

Könüllülərin geriyə sayımla bağlı təşkil edəcəkləri “Oyunlara 100 gün qaldı” başlıqlı fleşmobun əsas

məqsədi gənc və fəal insanları bir araya toplamaq və 4-cü İslam Həmrəyliyi Oyunları barədə

ictimaiyyəti daha geniş şəkildə məlumatlandırmaqdır.

Bakı 2017-nin korporativ direktoru Elçin Səfərov: “Bu yaz Azərbaycan tarixinin hadisəsi olacaq 4-cü

İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Oyunların keçiriləcəyi 10 gün ərzində

Azərbaycanımız idmanın 20 növündə 24 sahə üzrə yarışacaq İslan Əməkdaşlıq Təşkilatının elit

idmançılarını, atletlərini salamlayacaq.”

Elçin Səfərov eyni zamanda qeyd edib ki, böyük tədbirlərin təşkilini könüllülərin köməyi olmadan

təsəvvür etmək mümkün deyil. İki aylıq qeydiyyat dövrü müddətində ölkənin aparıcı

universitetlərindən və təşkilatlarından olan 12,500-dən artıq namizəd Oyunlara dəstək göstərmək

məqsədi ilə qeydiyyatdan keçmişdir.

 

Elçin Səfərov: “Bizim gözləntilərimizi ötüb keçən rəqəm sayı, gənclərin Azərbaycanın tanıtımı, iri

həcmli yarışların bir parçası olması istəyindən irəli gəlib ki, bu da bizim üçün çox sevindirici və

qürurverici haldır.”

Bakı 2017-nin könnülü səfiri bu oyunların onlar üçün məsuliyyətli, eyni zamanda tarixi hadisə

olduğunu bildirib. Könüllü səfir: "Azərbaycanımız üçün tarixi əhəmiyyət daşıyan bu Oyunların bir

parçası olmaq bizim üçün qürurvericidir. Bu oyunlar zamanı bizim əsas məqsədlərimizdən biri

könüllülərinin mühüm rolunu vurğulamaqdır. Təşkilat komitəsinə bizə yaratdıqları bu imkana görə ilk

növbədə dərin təşəkkürümüzü bildirirk. Bakı 2015 Avropa Oyunları könülləri ilə ümsiyyət

qurduğumuz zaman onların ruh yüksəkliyi, bilik və geniş dünya görüşləri, yumor hissinə sahib

olmaları, ən önəmlisi isə Oyunlarla bağlı xoş xatirələri bizdə də ruh yüksəkliyi yaradır. Əcnəbi

qonaqların məhz bir çox könüllülərin simasında Azərbaycana vurğunluqları isə bir gənc olaraq bizdə

qürur hissi oyadır. “

Növbəti həftələrdə Bakı 2017 Islam Həmrəyliyi Əməliyyat Komitəsi ardıcıl olaraq biletlərin qiymətləri

və idman yarışlarının cədvəli barədə cəmiyyəti məlumatlandıracaq.

 

 

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları İslam dünyasını birləşdirən maraqlı çoxsahəli idman hadisəsidir

və bu Oyunlar 12-22 may, 2017-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində

keçiriləcəkdir.

Bütün dünyada İslam ölkələrindən olan atlet idmançılar öz ölkələrini yarışların keçiriləcəyi 10 gün

müddətində Bakıdakı 16 müasir yarış məkanında idmanın 24 qolunu (atletika və paraatletika,

akvatika – üzgüçülük (dalğıclıq), akvatika – su polosu, basketbol 3x3, futbol, gimnastik – bədii

gimnastika, gimnastika – ritmik gimnastika, Vuşu, stolüstü tennis, həndbol, cüdo və gözdən əlillər

üçün cüdo, güləş – yunan güləşi, güləş – sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zurkhaneh,

karate, taekvondo və ağır atletika) əhatə edən 20 müxtəlif idman növü üzrə təmsil edəcəklər.

Azərbaycanın paytaxtı olan Bakı şəhəri 2013-cü il iyul ayında Ciddə şəhərində keçirilmiş İslam

Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasında Oyunların keçirilmə yeri adına layiq

görülmüşdü.

Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə təsis

olundu və həmin Təşkilat Komitəsinə rəhbərlik Azərbaycanın Birinci Xanımı xanım Mehriban

Əliyevaya tapşırıldı. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi Oyunları (AİHOƏK)

İHİF ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edəcək və aparacaqdır.

 

 

 


Digər xəbərlər