Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri elan olundu

  Bölmə: Olimpiya Növləri | 3158 | 16:42 08-02-2017
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri elan olundu

8 Fevral 2017-ci il tarixində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi

(AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimetmə mərasimini keçirmək məqsədi ilə

İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərini bir araya gətirib. Olimpsport.az xəbər verir ki, bu əlamətdar gün

münasibəti ilə təşkil olunmuş tədbirdə AİHOƏK-in korporativ direktoru Elçin Səfərov və digər

rəsmilər iştirak edib.

Tədbirdə qeyd edildi ki, IV İslam Həmrəyliyi oyunlarına 100 gündən də az bir vaxt qaldığı bu

zamanda idmançı və ulduz səfirlərin bu gün ictimaiyyətə təqdim olunması əlamətdar

hadisədir. Cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi

İli” elan edilməsi Bakımıza dünyanın 53 ölkəsindən təşrif buyuracaq gənc fəalları bir araya

gətirməklə bərabər, eyni zamanda ictimaiyyəti bu mötəbər tədbir haqda geniş şəkildə

məlumatlandıracaq. Eyni zamanda bildirildi ki, bu tarixi hadisə, İslam ölkələrinin gənclərinə

təkcə idman sahəsində deyil, digər sahələrdə də bir-biri ilə əməkdaşlıq etmələri baxımından

böyük üfüqlər açacaqdır. Artıq dünyada mötəbər və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi

öncül sıralarda dayanan Azərbaycan IV İslam Həmrəyliyi oyunlarına qatılacaq ölkələrə

növəbti dəfə bu mötəbər yarışları təqdim etməklə bərabər, eyni zamanda turizm potensialı,

tarixini, nümayiş etdirmiş olacaq. Vurğulandı ki, bu gün cəmiyyətə təqdim edilən IV İslam

Həmrəyliyi oyunlarının idman və ulduz səfirləri oyunların həmrəylik, sülh, dəyər və

mükəmməllik mesajının bütün ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaqlar.

Tədbir zamanı Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ

direktoru Elçin Səfərov Bakı 2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycanda ilk dəfə tətbiq

olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verib. Elçin Səfərov: “IV İslam

Həmrəyliyi oyunlarının sıralarına bu gündən etibarən uldüz və idmançı səfir qismində

qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviliəşməsində,

icitmaiyyətin IV İslam Həmrəyliyi oyunlarına daha böyük maraq göstərməsində önəmli rol

oynayacaqlar. Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridir.

Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər xalqımız oyunlarda iştirak edəcək

idmançılarımızın qələbə sevincini birgə yaşayacaq.“

Qeyd edək ki, “Grassroots” proqram idmançı və ulduz səfirlərin vasitəsilə ictimaiyyətə

təqdim olunub. IV İslam Həmrəyliyi oyunlarının səfir olaraq seçilmiş ulduz və idmançılıran

oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcək, bununla yanaşı geriyə sayım

tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz

sosial media kanallarından istifadə etməklə, pərəstişkarlar arasında Oyunların təbliğinə

dəstəyi təmin edəcəklər.

AİHOƏK rəsmilərinin çıxışından sonra tədbirin aparıcısı idmançı və ulduz səfirləri ictimaiyyətə

təqdim edib.

Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun

Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi

Mirələm Mirələmov yer alıb.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında idmançı səfirlər olaraq isə, vətənimizi Rəsul Çunayev

(yunan-roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst

güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə

Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks),

Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) kimi fəxri idmançılar

təmsil edəcək.

Təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi oyunlarının mesajı olan

“Birlik”, “Sülh” ,”Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürüb,

öz üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini

qeyd etdilər.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri karateçi İlahə Qasımova səfir

seçilməkdən böyük məmnunluq duyduğunu bildirib dedi: “Bakı 2015 Avropa Oyunlarında

ölkəmizə medal qazandıran ilk idmançı olduqda, məni təbrik edən ölkə başçısı cənab İlham

Əliyevə söz verdim ki, İslam Həmrəyliyi Oyunlarında da əlimdən gələni edib, qızıl medal

qazanacağam. Artıq mənim məsuliyyətim daha da artır. Çünki mən həm səfir, həm də

idmançı olaraq xalqımıza yalnız sevinc bəxş etməliyəm.”

Grassroots proqramı çərçivəsində proqrama yerli atletlər ilə yanaşı beynəlxalq atletlər də

qoşulub. Bu günə olan beynəlxalq atletlərin təsdiqlənmiş sayı 16 idmançıdan ibarətdir.

Tədbirdə Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan səfirləri haqda

videoçarx nümayiş olunub. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə Dünya və

Asiya çempionu və 4-cü İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin

Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim olunub. Şeyx Səid bin

Məktum bin Rəşid əl Məktum: “IV İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq hər bir

idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq. Məhz “Grassroots”

proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, eyni

zamanda hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə

çağırmasıdır.“


Digər xəbərlər