Azərbaycan taekvondoçuları daha 3 medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 3894 | 14:15 09-02-2017
Azərbaycan taekvondoçuları daha 3 medal qazanıb
Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərindəki klublararası Avropa çempionatında daha 3 medal qazanıb.
 
Olimpsport.az Azərbaycan Taekovondo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, üçüncü yarış günündə 2 qızıl, 1 gümüş medal qazanılıb. 
 
"Gilan" klubunun üzvləri Fizam Mehtiyev (58 kq) və Ayxan Tağızadə (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. "Azəri" klubunun nümayəndəsi, 54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.
 
Qeyd edək ki, çempionatın ilk 2 gününda Azərbaycan idmançıları ümumilikə 6 qızıl, 7 gümüş və 9 bürünc medal qazanıblar.

 


Digər xəbərlər