Qadın tennisçilərimiz İslamiadanı 2-ci yerdə başa vurdular

  Bölmə: Bakı-2017 | 289 | 16:34 22-05-2017
Qadın tennisçilərimiz İslamiadanı 2-ci yerdə başa vurdular

 

2017.05.22   16:32


Bu gün ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq.

"Olimpsport.az" xəbər verir ki, mayın 22-də qadınlar arasında stolüstü tennis üzrə komanda yarışlarının final mərhələsi keçirilib.
İslamiadanın qızıl medalı uğrunda mübarizədə Azərbaycan və İran komandaları qarşılaşıblar. Gərgin keçən qarşılaşmada İran millisi 3:1 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Azərbaycan tennisçiləri gümüş medalla kifayətlənməli olublar.
Yarışda üçüncü yer uğrunda görüş işə mayın 21-də baş tutub. Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:0.


Digər xəbərlər