Cavid Qurbanov: Voleybol millimiz mükafatçılar sırasında yer almağa qadirdir

  Bölmə: Olimpiya Növləri | 6930 | 08:54 14-09-2017
Cavid Qurbanov: Voleybol millimiz mükafatçılar sırasında yer almağa qadirdir

Voleybol federasiyasının prezidenti Cavid Qurbanov milli komanda ilə görüşüb. AVF rəhbəri öncə təlim-məşq toplanışından qayıdan komandanın hazırkı durumu ilə maraqlanıb. O, ölkəmizin sentyabrın 22-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatını ən yüksək səviyyədə təşkil etməyə çalışacağını deyib.

Dövlət rəsmisi komandamızın mükafat qazanacağına da inam ifadə edib, Faiq Qarayevin baş məşqçisi olduğu millimim mükafatçılar sırasında yer almaq gücündə olduğuna inandığını söyləyib:

“Sizinlə Sloveniyada təlim-məşq toplanışından qayıtdıqdan sonra ilk görüşümüzdü. Komandaya inanıram, güclüdür. Azərbaycan üçün Avropa çempionatına ev sahibliyi etmək böyük uğurdur. Biz də çalışırıq ki, yarışı yüksək səviyyədə təşkil edək. Amma əsas yük sizin üzərinizdədir. Nəticə qazanmağa çalışmaq lazımdır. Yığmamız mükafatçılar sırasında yer almağa qadirdir. Komandada Faiq Qarayev kimi böyük mütəxəssis olduğundan bunu bacaracağınıza inanıram”.

 

Digər xəbərlər