Elşən İsmayılov: O cür maraqlı çempionatlardan sonra, indi səviyyənin aşağı duşməsi üzücüdür

  Bölmə: Olimpiya Növləri | 3837 | 08:55 14-09-2017
Elşən İsmayılov: O cür maraqlı çempionatlardan sonra, indi səviyyənin aşağı duşməsi üzücüdür

Bu ay Avropa voleybolunun diqqəti Azərbaycana yönələcək. Odlar yurdu MDB ölkələri arasında ilk dəfə qadınların qitə çempionatına ev sahibliyi edəcək. Bu işdə qonşu Gürcüstan da bizə şərik olacaq. Amma əsas proses bizdə cərəyan edəcək: açılış və bağlanış mərasimləri, 3 qrup oyunları, yarımfinal və final görüşləri.
Ölkəmiz bu yarışa səylə hazırlaşır. Məqsəd həm təşkilatçılıqda, həm də nəticədə yüksəkdə olmaqdır. Son durumu və voleybolumuzun yaxın gələcək taleyini bilmək üçün AVF-in baş katibi Elşən İsmayılovla görüşdük:

– Avropa çempionatı ciddi tədbirdir. Nəzərə alaq ki, keçmiş SSRİ-də bu yarış yalnız bir dəfə, o da kişilər arasında keçirilib. Hazırlıq işləri ilə yanaşı, milli komandamızın vəziyyəti diqqətimizdədir – məqsəd, yarış ərəfəsində yığmanı yüksək idman formasına gətirməkdir. Hədəfimiz bəllidir: finala çıxmalıyıq. Məqsədə çatmaq üçün baş məşqçi Faiq Qarayevin xüsusi proqramı var və onun çərçivəsində komanda təlim-məşq toplanışları keçir, yoxlama oyunlarında gücünü sınayır. Millimiz Sloveniyada hazırlaşandan sonra, Xorvatiyaya, oradan da İtaliyaya üz tutacaq. Bizim üçün ən ciddi sınaq görüşləri Bakıda təşkil olunan dünya çempionatının 3-cü seçmə mərhələsi oldu. Goz dəyməsin, nəticə onu göstərdi ki, komanda yaxşı formadadır. Şərait imkan verir ki, millimiz yüksək səviyyədə hazırlıq keçsin və voleybolsevərlərə gözəl oyunlar göstərsin.

– Hər haldadünyaca məşhur oyunçumuz Natalya Məmmədovanın yığmaya qayıtması yerinə düşübgücümüz bir qədər artıb.
– Bəli, sizinlə tam razıyam. Ondan savayı, Polina Rəhimova indi qat-qat artırıb. Odina Bayramova və Valerya Məmmədova da yüksək formadadırlar. Üstəlik, indi bizim xeyli gənc voleybolçularımız var. Onlar yaxşı hazırlıq keçirlər. Bir məlumatı da diqqətinizə çatdırım. Ola bilsin, bu heç yerdə deyilməyib. Hazırda yığmaya 30 nəfər cəlb olunub. Artıq seçim var, ehtiyat skamya və imkanlar genişdir. Gənclərimiz ustalıqlarını artırmaqla bərabər, oyun təcrübələrini də artırırlar. Bu da müsbət amillərdəndir. Heç bir rəqibdən çəkinmirik, komandamız sonadək döyüşəcək.

– Qitə çempionatı ilə əlaqədar sınaq yarışları keçirildiAvropa Voleybol Konfederasiyasının nümayəndələri işdən dərəcədə razıdırlar?
– Bu vaxtdan sonra nəsə söyləmək çətindir. Çünki tədbirə bir aydan da az vaxt qalıb. Şükürlər olsun ki, paytaxtda oyunların keçiriləcəyi Milli Gimnastika Arenası ilə bağlı heç bir çatışmamazlıq yoxdur. Bu idman qurğusu nəinki Avropanın, dünyanın ən gözəl arenalarından biridir. Burada yaradılan şərait bizə yarışı yüksək səviyyədə keçirməyə imkan verəcək. O ki qaldı Göygöl Olimpiya İdman Komleksinə, orada müəyyən suallar vardı. Həmin problemləri mərhələli şəkildə həll edirik.

– Nədir həmin çatışmamazlıqlar?
– Ən çox narahat edən məsələ internetlə bağlı idi. Sonra işıqlandırma və tamaşaçı tribunasının sayının artırılmasını yoluna qoyduq. İndi yalnız xırda problemlər qalıb, o da yekunlaşmaq üzrədir. Əsas odur ki, qərb zonasında voleybolu sevirlər. Göygöldə bizim komandanın çıxış etməməsinə baxmayaraq, zalın dolacağına inanıram. Avropa çempionatı dünyanın 70-dən çox ölkəsinə yayımlanacaq. Bü üzdən, təşkilatçılığımız beynəlxalq tələblərə tam cavam verməlidir.

– Elşən müəllimamma millimizlə müqayisədəindi klublarımızda vəziyyət ürəkaçan deyilSon 15 ildə ilk dəfə çempionlarliqasında iştirak etməyəcəyik  bundan könüllü imtina edərək Çağırış kubokunda mübarizə aparacağıq.
– Bu gün mən bu suala cavab verməkdə çətinlik çəkirəm. İndi aparıcı klublarımızın maliyyə yükü federasiyanın üzərinə düşüb. Əslində bu, belə olmamalıdır. Hər bir klub müstəqildir. Belədə, onun himayədarı və büdcəsi olmalıdır. Fürsətdən istifadə edib, ayrı-ayrı nazirliklərə, dövlət və qeyri dövlət təşkilatlara müraciət edirəm: bu məsələdə bizə yaxın olsunlar, yeni komandalar yaradılsın, yaxşı formalaşmış böyük məşqçi heyətini işə cəlb etsinlər. Federasiya ilə bağlılığı olmayan «Rabitə» klubu dünya çempionatında qalib gəldi. Uzun müddət ölkə çempionluğunu qazandı, çempionlar liqasının «dördlər finalı»nda 2-ci yer tutdu. Sonradan «Telekom» adı ilə çıxış etməyə başladı. Aldığımız məlumata görə, bu klub da fəaliyyətini dayandırır. Belə hallar işimizi çətinə salır. Çünki o cür maraqlı çempionatlardan sonra, indi səviyyənin aşığı duşməsi üzücüdür. Düzdür, çətinliklər hər yerdə var. İnanıram ki, bu vəziyyətdən çıxacağıq və voleybolumuzun şanlı adını geri qaytaracağıq.(allsport)


Digər xəbərlər