Cüdoçularımız Serbiyada 3 medal qazandılar

  Bölmə: Olimpiya Növləri | 5426 | 08:04 24-09-2017
Cüdoçularımız Serbiyada 3 medal qazandılar

Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib. Yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb. 

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc melallara sahib olublar.  

Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.


Digər xəbərlər