İlham Əliyev voleybol federasiyasına 2 milyon manat ayırdı

  Bölmə: Olimpiya Növləri | 5941 | 21:27 04-10-2017
İlham Əliyev voleybol federasiyasına 2 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlardan ibarət millimizin Avropa Çempionatında uğurlu çıxışı ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının tapşırığına əsasən, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi tapşırılıb.

Xatırladaq ki, yığmamızın bütün oyunları arenadan canlı izləyən Prezident İlham Əliyev bu gün komandamızın üzvlərini qəbul edib.


Digər xəbərlər