Elyunussi Bakıda onu ən çox təəccübləndirən şeydən danışdı: "Qarabağ" böyük klubdu və xoşbəxt olduğum müqaviləm var"

  Bölmə: Ölkə futbolu | 62 | 21:36 04-10-2017
Elyunussi Bakıda onu ən çox təəccübləndirən şeydən danışdı: "Qarabağ" böyük klubdu və xoşbəxt olduğum müqaviləm var"

"Qarabağ"ın norveçli legioneri Tarik Elyunussi öz ölkəsinin mətbuatına müsahibə verib. Norveç millisinə çağırılan yarımmüdafiəçinin müsahibəsini təqdim edirik.

- Azərbaycanda yaşaya bilirsiniz?

- Məni ən çox təəccübləndirən Bakının çox əyləncəli şəhər olmasıdı. Bakıda bir neçə dəfə milli komanda ilə olmuşdum. Amma bu dəfə fərqlidir. Əvvəlcə sadəcə stadion və oteli görmüşdüm. İndi görürəm ki, Azərbaycan paytaxtı gözəl şəhərdi. Buranın infrastrukturuna böyük pullar xərclənib. Böyük binalar, yaxşı yollar və gözəl restoranlar var. Çox lüks mağazalar sahib və gözəl şəhərdə yaşayıram. Bu məni doğrudan, təəccübləndirdi.

- "Qarabağ" necə klubdu?

- Mənim yeni klubum böyük klubdu və xoşxbət olduğum müqaviləm var.

- Çempionlar Liqasında "Çelsi"yə 0:6 hesabı ilə uduzdunuz...

- Biz orada taktiki səhvlər buraxdıq. Rəqibin gücünə görə 3-5-2 sistemində oynadıq. Hansı ki, komanda əvvəllər bu sistemdən istifadə etməyib. Bu sistemdə yalnız bir dəfə məşq keçdik. Uşaqlar bu formadan çox əmin deyildilər. Müvafiq bir dəst aldıq.

- "Roma"ya qarşı oyun haqqında təəssüratlarınız necədi?

- İtalyanlara qarşı yaxşı oynadıq. Ən böyük üstünlüyümüz isə oyunu ənənvi sistemdə keçirməyimiz idi. Hətta heç-heçəyə də yaxınlaşdıq. Düzdür. bu oyunlar "Qarabağ" üçün təcrübədir. ÇL-də ilk dəfə olduğumuzu unutmayaq.

- Azarkeşlərin dəstəyi sizi qane edir?

- "Çelsi"yə 0:6 uduzsaq da, azarkeşlərdən dəstək mesajları alırdıq. Onlar deyirdilər ki, məğlubiyyətə baxmayaraq sizi sevirik. ÇL-də ölkəni təmsil etdiyimiz üçün çox sevinirlər. Onlara təşəkkür edirəm.

- Dil baxımından öyrəşə bilirsiz?

- Ən azı öncə bütün oyunçuların adlarını öyrəndim. Azərbaycanda dil daha çox rus və türk dillərinin qarışığıdır. Düşünürəm ki, rus dilində kursa gedə bilərəm. Bizim baş məşqçimiz az da olsa, ingiliscə bilir və danışır. Ancaq əcnəbi futbolçular üçün tərcüməçi var. Baş məşqçi danışanda mənim üçün ingilis dilincə tərcüməçi çevirir.

- Komandaya tam uyğunlaşmaq üçün vaxt lazımdı?

- Özümü tam hazır etməyim üçün vaxt lazımdı. Amma Azərbaycan çempionatında 3 matçda 90 dəqiqə oynamışam. Düzdür, tam formada olmaq üçün bəst etmir. Daha çox 4-2-2-1-1 sistemindən istifadə edirik. Mən bu quruluşda özümü yaxşı hiss edirəm. Bunu ÇL-də "Atletiko"ya qarşı matçda da edə bilərik.


Digər xəbərlər