Cüdoçularımız Özbəkistanda daha iki medal qazandılar

  Bölmə: Olimpiya Növləri | 95 | 11:19 08-10-2017
Cüdoçularımız Özbəkistanda daha iki medal qazandılar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə qran pri yarışı davam edir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Xatırladaq ki, yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər