Türkiyə son oyunda da qələbəyə həsrət qaldı

  Bölmə: Xarici futbol | 101 | 09:23 10-10-2017
Türkiyə son oyunda da qələbəyə həsrət qaldı

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə D, G və İ qruplarında sonuncu oyunlar keçirilib. D qrupunda Gürcüstanı qəbul edən Serbiya millisi bu oyundan 3 xalla ayrılacağı təqdirdə, mundiala vəsiqəni təmin edəcəkdi.

Sözügedən komanda minimal hesablı qələbə sayəsində bu vəzifəsinin öhdəsindən gəlməyi bacarıb. Qrupda bu vəsqəyə iddialı digər komandalar - Uels və İrlandiya isə birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Serbiya evdə büdrəyəcəyi halda, britaniyalılar doğma meydanda qalib gələrək, dünya çempionatna “bilet” əldə edə bilərdilər. Əks halda isə Uelsdəki matçda qalib tərəfi pley-off oyunları gözləyəcəkdi. İrlandlar səfərdə minimal hesabla qalib gəlməklə bu şansa yiyələniblər.

G qrupunda hər şeyə aydınlıq gəldiyindən, son turda baş tutan oyunlar formal xarakter daşıyırdı. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi İtaliya yığmasını qəbul edib və minimal hesabla uduzub. İspaniya İsrailə tək qolla, Makedoniya isə Lixtenşteynə 4 topla qalib gəlib.

İ qrupunda mundiala vəsiqə şansını itirən Türkiyə millisi səfərdə Finlandiya yığması ilə qarşılaşıb. Dörd qolluq oyunda qalib müəyyənləşməyib. Ötən həftə səfərdə “ay-ulduzlular”ı darmadağın edərək (3:0) liderliyə yüksələn İslandiya yığması isə evdə Kosovonu məğlub edərək mundiala birbaşa vəsiqə qazanıb. İslandiyanın doğma meydanda xal itirmək ehtimalının az olduğunu nəzərə alsaq, Ukrayna - Xorvatiya matçında pley-off mərhələsinin iştirakçısının adına aydınlıq gəlmək ehtimalı daha çox idi. Səfərdə 2 cavabsız qolla üstün olan xorvatlar pley-off oyunlarına vəsiqə qazanıblar.

DÇ-2018-in seçmə mərhələsi
9 oktyabr

D qrupu

Moldova - Avstriya 0:1
Qol: Şaub, 69.

Serbiya - Gürcüstan 1:0
Qol: Priyoviç, 74.

Uels - İrlandiya 0:1
Qol: Makklin, 57.

Serbiya – 21, İrlandiya – 19, Uels – 17, Avstriya – 15, Gürcüstan – 5, Moldova – 2.

G qrupu

Albaniya - İtaliya 0:1
Qol: Kandreva, 73.

İsrail - İspaniya 0:1
Qol: İlyaramendi, 76.

Makedoniya - Lixtenşteyn 4:0
Qol: Musliu, 36. Traykovski, 39. Bardi, 66. Ademi, 68.

İspaniya – 28, İtaliya – 23, Albaniya – 13, İsrail – 12, Makedoniya – 11, Lixtenşteyn – 0.

İ qrupu

Finlandiya - Türkiyə 2:2
Qol: Arayuri, 76. Pohyanpalo, 88 - C.Tosun, 57; 83.

İslandiya - Kosova 2:0
Qol: Siqurdsson, 40. Qudmundsson, 68.

Ukrayna - Xorvatiya 0:2
Qol: Kramariç, 62; 70.

İslandiya – 22, Xorvatiya – 20, Ukrayna – 17, Türkiyə - 15, Finlandiya – 9, Kosovo - 1.


Digər xəbərlər