UEFA “Zirə”, “Qəbələ” və “İnter”ə pul ayırdı

  Bölmə: Ölkə futbolu | 155 | 18:47 11-10-2017
UEFA “Zirə”, “Qəbələ” və “İnter”ə pul ayırdı

UEFA 2017/18 mövsümündə Avropa Liqasında iştiraka görə Azərbaycanın 3 klubuna maliyyə vəsaiti ayırıb. Söhbət “Zirə”, “Qəbələ” və “İnter”dən gedir.

Belə ki, qitə futbol qurumu “Zirə” və “İnter”in hərəsinə 440 000, “Qəbələ”yə isə 460 000 avro pul ayırıb. 

Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Qeyd olunur ki, UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada adları göstərilmiş klubların hesabına köçürülüb.

“İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
 


Digər xəbərlər