“Araz” UEFA Kubokuna qələbə ilə başladı

  Bölmə: Ölkə futbolu | 74 | 08:00 12-10-2017
“Araz” UEFA Kubokuna qələbə ilə başladı

Futzal üzrə Azərbaycan çempionu “Araz” bu gün UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirib. Təmsilçimiz Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşıb.

7 qolun vurulduğu oyunda təmsilçimiz inamlı qələbəyə sevinib. 

Naxçıvan klubu növbəti oyununu sabah Bakı vaxtı ilə saat 17:30-da Malta çempionu “St Andreus” komandasına qarşı keçirəcək.

UEFA Kuboku
8-ci qrup

11 oktyabr

“Araz” – “Mostar” 5:2
Qol: Bolinya, 1 (1:0). Vesiç, 15 (1:1). Bağırov, 16 (2:1). M.D.Silva, 20 (3:1). Atayev, 21 (4:1). M.D.Silva, 26 (5:1). Aladziç, 35 (5:2).
Hakimlər: Tomaş Frak (Polşa), Kiril Naişouler (Finlandiya), Şota Kuxilava (Gürcüstan).

“Araz”: 1. Rövşən Hüseynli (q), 3. Telles Tyaqo Bolinya, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev, 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 15. Karvalyo dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 18. Ramil Quliyev, 9. Oqtay Rüstəmli.
Baş məşqçi: Alesio da Silva.
“Mostar”: 1. Stanislav Qaliç (q), 2. Saşa Babiç, 5. Deyan Pavloviç, 7. Daniel Marinyo de Souza, 10. Mariyo Aladziç (k), 12. Franyi Sezar (q), 3. Tarik Dzemiç, 4. Kristian Radin, 6. Mirko Hrkaç, 9. Nermin Kahvedziç, 11. Yosip Boşkoviç, 14. Vladan Vesiç, 16. Haris Kaytaz, 17. Samir Qosta.
Baş məşqçi: Daniel Marinyo de Souza.
 


Digər xəbərlər