Joze Alesio: “Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik”

  Bölmə: Ölkə futbolu | 98 | 08:01 12-10-2017
Joze Alesio: “Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik”

utzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirən “Araz” Bosniya və Herseqovina çempionu ilə qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrılıb. Təmsilçimizin braziliyalı baş məşqçisi Joze Alesio da Silva oyunla bağlı AFF-nin “Facebook” səhifəsinə fikrini bildirib:

“Qarşılaşma gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır. Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq. Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Bu da qarşıdakı oyunlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.


Digər xəbərlər