Cüdo üzrə Bakı birinciliyinə start verildi

  Bölmə: Digər növlər | 83 | 17:40 12-10-2017
Cüdo üzrə Bakı birinciliyinə start verildi

Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Paytaxt birinciliyinin ilk günündə 42 klubdan 331 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır.

Günün sonunda 46 kq, 50 kq, 55 kq və 60 kq çəki dərəcələrində bütün qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, Bakı şəhər birinciliyinə sabah yekun vurulacaq.
 


Digər xəbərlər