“İnter”in məşqçisi: “Çətin olacağını bilirdik”

  Bölmə: Ölkə futbolu | 7699 | 19:58 13-10-2017
“İnter”in məşqçisi: “Çətin olacağını bilirdik”

Topaz Premyer Liqasının 8-ci turunda “İnter” evdə “Qarabağ”a 0:2 hesabıyla uduzdu.  Bakı klubunun baş məşqçisi Zaur Svanadze həyat yoldaşının vəfatı ilə əlaqədar oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak etməyib.

Onu köməkçisi Zaur İsmayılov əvəzləyib. İsmayılov oyunla bağlı bunları deyib: 

“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bilirdik ki, çətin olacaq. Heyətimzidə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər. Bacardıqları qədər mübarizə apardılar”.


Digər xəbərlər