"Qarabağ"ın legonerinin körpə qızının ölümünün səbəbi bilinib

  Bölmə: Ölkə futbolu | 405 | 09:50 15-10-2017
"Qarabağ"ın legonerinin körpə qızının ölümünün səbəbi bilinib

“Qarabağ”ın legioneri Donald Gerryeyə ağır itki üz verib. Haitili futbolçunun Miah adlı qızı vəfat edib. 

Əldə olunan bilgiyə görə, “Qarabağ”a transfer olunduqdan sonra ailəsini də Bakıya gətirən yarımmüdafiəçinin vəfat edən qızının səhhətində yaranan problem anadangəlmə olub. Belə ki, yaxalandığı virus körpəyə cəmi 18 ay yaşamağa imkan verib.

Nəticədə Donald Gerryenin qızı bu gün Bakıda dünyasını dəyişib. Futbolçu övladının cənazəsini xanımının vətəninə – Polşaya apararaq orada dəfn edəcək. Artıq bununla bağlı müəyyən prosedurlar da başlanıb. (yenicag.az)


Digər xəbərlər