Nicat Şıxəlizadə Abu-Dabidə gümüş medalla kifayətləndi

  Bölmə: Cüdo | 4131 | 09:40 27-10-2017
Nicat Şıxəlizadə Abu-Dabidə gümüş medalla kifayətləndi

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.  Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb. 

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Şıxəlizadə israilli Tal Flikerə məğlub olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.
 


Digər xəbərlər